İŞİD lideri ekslüziv müsahibə verdi

dunya
14-09-2015, 12:33 804
İŞİD lideri ekslüziv müsahibə verdi "Əl Bağdadi kimdir, miliyyəti nədir, ağıllıdır yoxsa şeytanın təkidir, bilmirik"
İŞİD qruplaşmasının keçmiş liderlərindən olan Əbu Usama Dubayda qərarlaşmış Ərəb 24 kanalına ekslküliz müsahibə verib.
ANS PRESS-in məlumatına görə 2014-cü ilin avqust ayında, özünün dediyinə görə döyüşçülərin vəhşiliyi və törətdiyi çoxsaylı cinayətlərdən dolayı qruplaşma sıralarını tərk etmiş 27 yaşlı Əbu Usama mətbuata ekstrimistlərlə bağlı bir sıra etiraflar edib.
Müsahibəni üzü maskalı şəkildə verən keçmiş lider ilk əvvəl İŞİD-ə necə beyət etməsindən və təlim düşərgəsinə daxil olmasından danışıb. Əbu Usamaya görə qruplaşmanın təlim düşərgələrində əlbəyaxa savaş və avtomat silahlardan atəş açmaqla yanaşı, gələcək döyüşçülər hərbi texnika, artileriya silahları, tanklar, snayperlər və digər ağır silahlardan istifadə üzrə hazırlıq keçir.
İbtidai təlim düşərgələrində terror fəaliyyətində ilk addımlarını atan ekstrimistlərə İslam Şəriətinin təməlləri və radikal ədəbiyyat tədris olunur. Əbu Usamanın İŞİD-in ali lideri Əbu Bəkr Əl Bağdadi haqqında dedikləri isə böyük maraq doğurub.
Keçmiş İŞİD liderinin sözlərinə görə o Əbu Bəkr Əl Bağdadi ilə heç vaxt görüşməyib. "Hamının eşitdiklərindən savayı onun barədə heç bir məlumatımız yoxdur. Bağdadi kimdir, o hansı millətdəndir, pis yoxsa yaxşı insandır, ağıllıdır yoxsa şeytan təkidir, hakimiyyəti güclüdür ya yox... bütün bunlar bizə məlum deyil".
Əbu Usama İŞİD-in “parçala və hökm sür” prinsipi əsasında fəaliyyət göstərdiyini, tutduğu yerlərdə xalqları bir birinə qarşı nifrətə və zorakılığa təhrik etdiyini bildirib.
Keçmiş terrorçu lider eyni zamanda İŞİD-in əsas istinadgahlarından sayılan Rəqqada qruplaşmanın necə möhkəmləndiyini ətraflı şəkildə izah edib, şəhərdə baş alan talanlara, əsassız qəttlərə son qoymaq üçün ədliyyə orqanı qismində Divan yaradılsa da, əslində ədalətsizlikləri törədən İŞİD məlikləri və liderlərinin məsuliyyətə cəlb olunmadığını bildirib.