Müəllimlərin maaşında 35% artım

tehsil
14-09-2015, 12:29 845
Müəllimlərin maaşında 35% artım Ceyhun Bayramov Bakıda 500-ə yaxın müəllimin 1000 manatdan çox maaş aldığını bildirib.
“Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə çalışan müəllimlərin əməkhaqqı orta hesabla 35 faiz artıb. 7 min 760 nəfər müəllimin əməkhaqqı 500-1000 manat, 466 müəllimin əmək haqqı isə 1000 manatdan yuxarıdır”.
ANS PRESS-in məlumatına görə, bunu təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir səlahiyyətlərini müvəqqəti icra edən Ceyhun Bayramov deyib. O, Bakı şəhəri təhsil işçilərinin "Sentyabr konfransı"nda çıxış edərkən qeyd edib ki, Bakı müəllimlərinin orta aylıq əməkhaqqı ilə ölkə üzrə orta aylıq əməkhaqqı arasındakı uyğunsuzluq aradan qaldırılıb. Ceyhun Bayramovun sözlərinə görə, hazırda bu fərq 6 faiz təşkil edir.