Elgiz İlhamə Quliyevaya mükafat verdi

sou
14-09-2015, 12:16 879
Elgiz İlhamə Quliyevaya mükafat verdi Azərbaycan Uşaqlar Birliyinin ilk təsis etdiyi mükafata xalq artisti İlhamə Quliyeva layiq görülüb.
Azərbaycan Uşaqlar Birliyinin ilk təsis etdiyi mükafata xalq artisti İlhamə Quliyeva layiq görülüb.
Mükafatı isə xalq artistinə birliyin üzvləri adından ANS-in məşhur aparıcı Elgiz Əkbər təqdim etdi. Mükafatın ilk dəfə Türk Dünyasının “Kraliçası”na təqdim olunmasının isə səbəbləri var.
Bu səbəb ondan ibarətdir ki, xanım müğənni Tovuz rayonundan olan fiziki qüsurlu Nuranəni öz himayəsinə götürdü və onu əməliyyat etdirib. Hazırda Nuranənin vəziyyəti yaxşıdır və qüsur tamamilə aradan qaldırlıb. Bundan başqa o Afrikada aclıq və susuzluqdan əziyyət çəkən bir uşağa sahib çıxaraq, onun bütün ehtiyaclarını qarşıladı. Xalq artisti bu hərəkəti ilə bütün dünyaya jest edib.
İlhamə Quliyeva isə öz növbəisində mükafat üçün Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadəyə öz minnətdarlığını bildirdi:
“Bu mənim üçün çox böyük bir mükafatdır. Mükafatlarımın içərisində ən önəmlilərindən biridi. Mən ölkəmin əsgəriyəm. Hər bir ehtiyacı olanın daima yanındayam. Bundan başqa dünyada rəngindən asılı olmayaraq ehtiyacı olan hər bir kəsə kömək etməyə hazıram”.
Azərbaycan Uşaqlar Birliyi (AUB) 20 ilə yaxındır ki, Respublikamızda fəaliyyət göstərən ictimai təşkilatdır.