Azərbaycan ət idxalına çəkdiyi xərci artırıb

iqtisadiyyat
21-03-2024, 12:50 769
Azərbaycan ət idxalına çəkdiyi xərci artırıbBu ilin yanvar-fevral aylarında Azərbaycan 8 180 ton ət idxal edib.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, bu həcmdə ətin dəyəri 17 milyon 442 min ABŞ dolları olub. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 858 ton (11,7%), dəyər baxımından isə 5 milyon 450 min ABŞ dolları (45,4%) çoxdur.

Hesabat dövründə ət idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,7%-ni təşkil edib.