Uitni Hyustonun əri: "Qızımızın ölümü təsadüfi deyil"

sou
14-09-2015, 12:02 826
Uitni Hyustonun əri: "Qızımızın ölümü təsadüfi deyil" Ata qızın ərkən yaşda dünyasını dəyişməsini anası ilə bağlı olduğunu iddia edir
ABŞ-nın məşhur müğənnisi Bobbi Braun mərhum müğənni Uitni Hyustonla birgə qızı Bobbi Kristinanın ölümü haqqında yenı məlumat yayıb.
ANS PRESS-in məlumata görə, bir neçə ay əvvəl yeganə övladı Kristinanı dəfn edən Bobbi Braun onun ölümünün təsadüfi olmadığı bildirib. Müğənni qızın ərkən yaşda dünyasını dəyişməsini anası ilə bağlı olduğunu iddia edir.
"Mən əminəm ki, hardasa göylərdə Utni arzulayıb ki, Kristina onun yanında olsun. O orada kiməsə deyib: Gəlin qızımı bura gətirək, onun üçün belə daha yaxşı olacaq. Mən güman edirəm ki, Uitni o dünyada rahatlıq tapa bilməyib və buna görə, bizim qızımızı çağırıb"- deyə Braun açıqlama verib.
Bobbi Kristina huşsuz halda bu ilin əvvəlində yaşadığı evin vanna otağında aşkar olunub. Uzun müddət komada qalan 22 yaşlı Kristina bu ilin iyulun 27-nə keçən gecə özünə gəlmədən dünyasını dəyişib.
Faktla bağlı istintaq hələ davam etsədə, Kristinanın ölümündə onunla vətəndaş nikahında olan Nik Qordan şübhəli bilinir. Qızın qəyyumları bildirirlər ki, həmin gün Nik və Kristinanın evində əyləncə gecəsi olub və cavanlar qadağan edilmiş narkotik vasitələrdən istifadə ediblər.
Deyilənə görə Kristinanın sevgilisi ozü ona naməlum kokteyl gətirib və nəticədə qız huşunu itirib. Cınayət izlərini gizlətmək üçün Nik boğulmanı simulyasiya edib.
Son vaxtlar cavanlar arasında münasibətlər ürək açan deyildi, çünki Nik xanımına əl qaldırırdı və Kristina depressiya halına düşürdü.
"Necə istərdim ki, sən mənim yanımda olasan"- bu sözlər Kristinanın sosial şəbəkə səhifəsındə onun anası ilə birgə olan şəklinin altında son yazısı olub.
Kristina- Bobbi və Uitninin yeganə övladı olub. Cütlük bir yerdə 14 il yaşayıb və 2007-ci ildə boşanıblar. Uitni Hyustonun meyiti 2012-ci ildə 54-cü Qremmi mükafatlandırma mərasimi ərəfəsində Beverli mehmanxanasının vanna otağında aşkar edilib.