Qarabağ münaqişəsi Bakıda müzakirə olunacaq

gundem
14-09-2015, 11:12 899
Qarabağ münaqişəsi Bakıda müzakirə olunacaq Türkiyənin xarici işlər naziri Azərbaycana gəlir
Türkiyənin xarici işlər naziri Firudin Sinirlioğlu sabah Azərbaycana gəlir.
ANS PRESS-in məlumatına görə, səfər çərçivəsində Fırudin Sinirlioğlunun Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşü keçirəcək.Görüşdə iki ölkə arasında gündəmə dair məsələlər, regionda və dünyada baş verən hadisələr, Dağlıq Qarabağ münaqişəsi əsas müzakirə mövzusu olacaq.
Sentyabrın 15-də başlayacaq Türkiyə rəsmisinin səfəri sentyabrın 16-a dək davam edəcək.
Türkiyə XİN başçısının prezident İlham Əliyev və baş nazir Artur Rəsizadə ilə görüşü də nəzərdə tutulur.