Rövnəq Abdullayev: "Bəzi layihələrin icrası dayandırılıb...”

sosial
14-09-2015, 11:11 873
Rövnəq Abdullayev: "Bəzi layihələrin icrası dayandırılıb...” Neftin qiymətində kəskin dəyişikliyin olması səbəbindən ölkədə bəzi layihələrin icrası dayandırılıb.
"Dünya bazarında neftin ucuzlaşması səbəbindən SOCAR bəzi layihələrin icrasını dayandırıb. Lakin mühüm layihələrin icrası davam edir və davam etdiriləcək".
ANS PRESS-in məlumatına görə, bunu bu gün Bakı Ali Neft Məktəbinə yeni qəbul olunan tələbələrlə görüşdə Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev deyib.
SOCAR-ın prezidentinin sözlərinə görə, icrası dayandırılmayan vacib layihələrdən biri də Bakı Ali Neft Məktəbinin tikintisidir: "Neftin qiymətinin enməsinə baxmayaraq, biz Bakı Ali Neft Məktəbinin tikintisini dayandırmırıq. Bu ali məktəbin inşası sürətlə davam edir".
Rövnəq Abdullayev onuda əlavə edib ki , ola bilsin ki, bu ilin sonunadək adıçəkilən ali məktəbin inşası yekunlaşacaq.