Azad olunmuş ərazilərdə azı 508 şəxsə aid meyit qalıqları tapılıb
gundem
29-09-2023, 11:59
682

Bu sözləri hərbi prokuror Xanlar Vəliyev bu gün “Respublika” qəzetində dərc edilmiş məqaləsində qeyd edib.
O bildirib ki, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin iştirakı ilə itkin düşmüş şəxslərin ailə üzvlərindən bioloji nümunələr götürülüb və həmin nümunələrdən çıxarılan genetik profillərin aşkar edilmiş insan meyit qalıqlarından çıxarılmış genetik profillərlə eyniləşdirmə aparılması, habelə təqdim edilən sümüklərin insana aid olub-olmaması, neçə şəxsə mənsub olması, ölümün səbəbi və sair suallara aydınlıq gətirilməsi üçün Respublika Hərbi Prokurorluğu tərəfindən 349 məhkəmə tibbi-kriminalistik ekspertizası və 305 məhkəmə molekulyar-genetik ekspertizası təyin edilib.