Bakıda yol polisi icra başçısının maşınını cərimə meydançasına saldı

hadise
13-09-2015, 18:30 953
Bakıda yol polisi icra başçısının maşınını cərimə meydançasına saldı Qadağan olunmuş siqnal və sayrışın işıqların olmasına görə.
Dünən axşam saatlarında Bakıda Dövlət Yol Polisi tərəfindən keçirilən reyd zamanı 10 AA 812 dövlət nömrə nişanlı avtomobil saxlanılıb.
Realfakt.Az Avtosfer.az-a istinadən xəbər verir ki, avtomobilin saxlanılmasına səbəb üzərində qadağan olunmuş “FiFa” siqnalı və sayrışın işıqların olmasıdır.
Həmin nəqliyyat vasitəsinin cərimə meydançasına aparıldığı bildirilir.
Əldə etdiyimiz məlumata görə, 10 AA 812 dövlət nömrə nişanlı avtomobil Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İskəndəarovun xidməti avtomobilidir.