FHN-in 10 avtomobili və 50 nəfərlik heyəti Xankəndidə fəaliyyətə başlayıb
gundem
28-09-2023, 13:46
1125

Bu barədə Azərbaycan Prezidentinin Administrasiyası məlumat yayıb.
Qeyd olunub ki, hadisə ilə əlaqədar ərazidə axtarış-xilasetmə və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə 2023-cü il sentyabrın 27-də FHN-in növbəti 10 xüsusi təyinatlı nəqliyyat vasitəsi 50 nəfərdən ibarət şəxsi heyətlə Ağdam-Əsgəran-Xankəndi yolu ilə yola salınıb və artıq onlar tərəfindən müvafiq işlər həyata keçirilir.