SƏNGƏRDƏ DAYANAN ƏSGƏR-Mayisə ƏSƏDULLAQIZI

gundem
27-09-2023, 19:48 1165
SƏNGƏRDƏ DAYANAN ƏSGƏR-Mayisə ƏSƏDULLAQIZI Müqəddəs yurdumuz son 230 ildə düşmənlə mübarizə və döyüş meydanlarında yüz minlərlə Şəhidlər verib, bu danılmazdı. Nəslimiz, əslimiz, köçümüz, evimiz, kəndimiz bu torpaqlardadır.
Biz şəhidlərimizin qanı ilə yuyulan Vətəndə yaşayırıq. Bu gün biz bu torpaqlarda sərbəst hərəkət edib, xoşbəxt bir şəkildə yaşayırıqsa, bizim üçün ölümə qorxusuz getmiş şəhidlərimizin sayəsindədir.

Şəhidlər haqqında çox yazılb, çox oxumuşuq, lazım gələrsə, yenə oxumalııyıq, dayanmadan mütləq təbliğ etməliyik. Onlar vətən deyincə gözləri heçbir şeyi görməyən, geridə buraxdıqlarını düşünmədən "Öncə Vətən"- deyən möhtəşəm insanlardır. Ölkəmiz tarixən, ta qədimdən çox döyüşlər görüb, bu döyüşlərin bəzilərində məğlub olub, bəzilərində qalib gəlmişik. Məğlub etdiyimiz və məğlub olduğumuz müharibələr də bir çox vətən övladı qadın, kişi, uşaq və başqaları üçün Şəhid olmuş, o müqəddəs mərtəbəyə çatmışlar.
Allah cəmi Şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun, valideyinlərinin, əzizlərinin qarşısında baş əyirəm.
Vətən sağ olsun!
******************
SƏNGƏRDƏ DAYANAN ƏSGƏR
Oyanmışıq top səsinə,
İgidlərin nərəsinə,
Murov, Tülküdərəsində.
Hərdənbir gözün yol çəkər,
Səngərdə dayanan əsgər!..

Qorxutmur nə qar, nə yağış,
Səni verənə min alqış,
Yaman gəldi bu ilki qış,
Qarda çəkmənin içində,
Barmağını şaxta kəsər,
Səngərdə dayanan əsgər!

Vətənindi, solun -sağın,
Ürəyindi Qarabağın,
İrəvan əzəl torpağın,
Sən ağasan, “yan”-lar nökər,
Səngərdə dayanan əsgər!...

Qayıtsanız həsrət bitər,
Əziyyətin getməz hədər,
Vətən qiyamətə qədər,
Bizimdi, çalarıq zəfər,
Səngərdə dayanan əsgər!...


Mayisə ƏSƏDULLAQIZI

SƏNGƏRDƏ DAYANAN ƏSGƏR-Mayisə ƏSƏDULLAQIZI