Azərbaycan məktəbliləri üçün yeni elektron dərslik hazırlanıb

tehsil
13-09-2015, 18:26 945
Azərbaycan məktəbliləri üçün yeni elektron dərslik hazırlanıb “Burada heyvanlar, bitkilər 3D formatda təqdim olunur”.
Azərbaycanda orta məktəb şagirdləri üçün yeni elektron dərslik hazırlanıb.
Realfakt.Az xəbər verir ki, bunu Trend-ə Təhsil Nazirliyinin Təhsilin inkişafı şöbəsinin müdiri Emin Əmrullayev deyib.
Onun sözlərinə görə, bu il 6 və 7-ci siniflər üçün “Biologiya” fənni üzrə elektron dərslik hazırlanıb. Bu vəsait tamamilə yeni olan müasir standartlarla hazırlanmış videolarla zənginləşdirilib. Bu videoların hamısı dərs formatında komplektləşdirilib:
“Burada heyvanlar, bitkilər 3D formatda, real həyatdan çəkilmiş videolarla təqdim olunur. Artıq bir neçə gündür ki, bu videolar internetdə yerləşdirilib. Onlar təhsil ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb”.
Bu videoların böyük üstünlüklərə malik olduğunu deyən E.Əmrullayev əlavə edib ki, müəllimlər dərslərə hazırlaşarkən onlardan aktiv şəkildə istifadə edə bilərlər:
“Burada şagirdlər də yalnız adlarını bildikləri heyvan və bitkiləri tam canlı şəkildə görə bilirlər. Bu da uşaqların motivasiyasına çox ciddi təsir edir”.