Rəsmi Bakı Ermənistana növbəti dəfə xəbərdarlıq edib
gundem
9-09-2023, 15:10
575

Bu, Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycanın Qarabağ bölgəsində Ermənistan tərəfindən yaradılmış qondarma rejimin “seçkilər” adlandırdığı qanunsuz fəaliyyəti ilə bağlı bəyanatında əksini tapıb.
Qeyd edilib ki, Ermənistanın Azərbaycanın öz suveren ərazisində yaşayan etnik ermənilərlə dialoquna maneə olması Azərbaycan Respublikasının daxili işlərinə kobud müdaxilə, ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı qəsddir. Azərbaycan Respublikası beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə qarşı törədilən təhdidlərin qarşısını qətiyyətlə alacaq.