Bakının bir rayonunda söküntü işlərinin başlaması ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
gundem
6-09-2023, 01:02
635

Xezerxeber.az-ın məlumatına görə, Süleyman Tağızadə küçəsinin sakinləri artıq bir neçə ildir dayandırılan prosesə yenidən start verildiyini eşidiblər.
Amma bununla bağlı sakinlərə nə rəsmi məlumat verən var, nə də onlara müraciət edən.
Sakinlər bildiriblər ki, bu evlərin əksəriyyəti 1911-1913-cü illərdə tikilib.
İsmayılbəy Qutqaşınlı küçəsinin sakinləri iddia ediblər ki, artıq adıçəkilən ərazidə yaşayan sakinlərin qeydiyyatı aparılıb və evlərin ölçüləri götürülüb. Amma tikintinin kim tərəfindən aparıldığı ilə bağlı sakinlərə məlumat verilməyib.
Yasamal Rayon İcra Hakimiyyətindən məsələ ilə bağlı qeyd edilib ki, hazırda “Təzəpir” məscidi ətrafında, Bəşir Səfəroğlu küçəsindən Azərbaycan prospektindəki beşmərtəbəli binaya qədər olan hissədə yerləşən fərdi evlərin sökülməsi barədə Nazirlər Kabinetinin qərarı mövcud deyil:
“Növbəti mərhələnin icrası barədə Nazirlər Kabinetinin müvafiq qərarı olduğu təqdirdə sakinlərə əvvəlcədən bildirişlər təqdim olunacaq. Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı gələcəkdə evləri söküləcək şəxslərə isə ödəniləcək kompensasiyanın məbləği mövcud qanunvericiliyə əsasən təklif olunacaq.
İsmayılbəy Qurtqaşınlı küçəsindəki söküntü isə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aparılır”.
11:32
Bakının Yasamal rayonu ərazisində daha bir ünvanda fərdi evlər söküləcək.
BAKU.WS-in əldə etdiyi məlumata görə, söhbət “Təzəpir” məscidi ətrafında yerləşən fərdi evlərdən gedir.
Artıq adı çəkilən ərazidə yaşayan sakinlərin qeydiyyatı aparılıb və evlərin ölçüləri götürülüb. Dövlət tərəfindən maliyyə ayrılan kimi həmin sakinlərin köçürülməsi prosesinə başlanılacaq.
Məlumata görə, söküntü Bəşir Səfəroğlu küçəsindən Azərbaycan prospektindəki 5 mərtəbəli binaya qədər olan hissəni əhatə edəcək. Söküntü işlərinə başlamazdan əvvəl sakinlərə hər kvadratmetrə görə 1500+500 AZN kompensasiya veriləcək. Əlavə verilən 500 AZN maddi yardım kimi hesablanacaq.
Ərazidə yaşayan və evinin kvadratı az olan sakinlər üçün müəyyən güzəştlər olacaq və bu istiqamətdə təkliflər hazırlanacaq.
Ətraflı süjetdə: