Bakıda yeni avtobus marşrutları xəttə buraxılır

sosial
12-09-2015, 19:26 1095
Bakıda yeni avtobus marşrutları xəttə buraxılır Avtobuslar 14 sentyabr tarixindən vətəndaşlara xidmət göstərəcək.
Nazirlər Kabinetinin Yol hərəkəti təhlükəsizliyi komissiyasının tədbirlər planına əsasən, sentyabrın 15-dən etibarən rayonlardan gələn minik və yük və minik avtomobillərinin Bakı şəhərinə girişinə məhdudiyyətlər qoyulması ilə əlaqədar Şimal və cənub istiqamətində rayonlardan paytaxta gələn rayon avtomobillər üçün müvəqqəti duracaq yerləri ayrılıb.
Bu məsələ ilə əlaqədar olaraq Nəqliyyat Nazirliyi vətəndaşların rahatlığını təmin etmək məqsədilə operativ tədbirlər planı həyata keçirib.
Bu barədə nazirlikdən bildiriblər.
Məlumata görə, avtomobilini duracaq yerində park edən sürücü və vətəndaşlar Nəqliyyat Nazirliyi tərəfindən ayrılan xüsusi marşrut avtobusları ilə rahat şəkildə və vaxt itirmədən şəhər mərkəzinə gələ biləcəklər.
Şimal istiqamətindəki duracaqdan – yəni Qafqaz universitetinin yaxınlığından 20 Yanvar m/s-na kimi 203 saylı marşrut avtobusu xəttə buraxılacaq.
Eyni zamanda 135 və 199 saylı marşrut avtobusları da Qafqaz universitetinin yaxınlığından keçdikləri üçün vətəndaşlar 135 saylı avtobusla Memar Əcəmi m/s-na və 199 saylı avtobusla Xətai pr-nə gedə biləcəklər.
Cənub istiqamətində yerləşən duracaq yerindən vətəndaşların şəhərə gəlməsi üçün isə 206 saylı marşrut avtobusu ayrılıb.
206 saylı avtobus Salyan şossesində yerləşən duracaq yerindən Lökbatan dairəsi – Dairəvi Yol- Elmlər Aakademiyası m/s-nı keçməklə hərəkət edəcəkdir. Həmçinin, bu istiqamətdə 195 və 197 saylı marşrut avtobusları da fəaliyyət göstərir ki, vətəndaşlar 20-ci sahə adlanan əraziyə kimi bu avtobuslardan istifadə edə bilərlər.
Adı qeyd olunan marşrut avtobusları 14 sentyabr tarixindən vətəndaşlara xidmət göstərəcək.
Yeni inşa edilən dayanacaqlardan Bakı şəhərinin daxilinə çatdırması üçün müvafiq avtobus marşrutlarının hərəkət sxemləri və qrafikləri hazırlanıb.
Dayanacaqlar istifadəyə verildikdən sonra qeyd edilən avtobus marşrutları istismara veriləcək.
Dayanacaqlardan sərnişinlərin daşınması üçün yeni 203 (5 avtobus) və 206 (5 avtobus) nömrəli avtobus marşrutlarının sxemi təsdiq edilib. Yeni marşrutlarda avtobusların 16-18 dəqiqə intervalla, saat 06:00-dan 22:00-dək hərəkəti nəzərdə tutulub