Azərbaycanda ata və qızını ildırım vurdu

hadise
12-09-2015, 12:25 929
Azərbaycanda ata və qızını ildırım vurdu Hər iki yaralı xəstəxanada müalicə olunur.
Balakəndə bədbəxt hadisə baş verib. Ata və qızını ildırım vurub.
Fövqaladə Hallar Nazirliyindən (FHN) ANS PRESS-ə verilən məlumata görə, gecə saatlarında rayonun Gərəkli kəndində (rayon mərkəzindən 5 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 156 kv.m olan 4 otaqlı evin yanar konstruksiyaları və evdəki əşyaları ildırım vurması nəticəsində yanıb.
Yanğın zamanı ev sahibi 1986-cı il təvəllüdlü Teymur Şəmsəddin oğlu Xitiyev və onun 1 yaşlı qızı Olya Teymur qızı Xitiyeva müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Yaralılar dərhal Balakən rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan ANS PRESS-ə hər iki yaralının çoxsaylı yanıq xəsarətləri aldığını, vəziyyətlərinin orta ağır olduğunu və müayinələrinin davam etdirildiyini bildirdilər.
FHN əməkdaşları yanğının ətrafdakı tikililərə keçməsinin qarşısını alıblar.