“ZAFER YOLÇULARI” -ZEMFİRA MƏHƏRRƏMLİ

gundem
10-06-2023, 01:08 2307
“ZAFER YOLÇULARI” -ZEMFİRA MƏHƏRRƏMLİ9 iyun, Bakıda II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı günləri çərçivəsində nasir-publisist, Əməkdar jurnalist, Pedaqogika üzrə fəlsəfə doktoru hamımızın xanım-xatun sevimlisi, Zemfira Məhərrəmlinin oxucuları ilə görüşü və Türkiyədə çapdan çıxmış "Zafer Yolcuları" adlı kitabının imza günü keçirildi.

Zemfira xanım publisistik yaradıcılıq uğurlarına görə AzərKİVİHİ-nin “Vətən” diplomu və “Araz” Ali ədəbi mükafatı ilə təltif olunmuşdur.
Ölkə Prezidentinin 21 iyul 2010-cu il tarixli Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülmüşdür.
AYB-nin Beynəlxalq Rəsul Rza mükafatına layiq görülmüşdür. 2018-2019-cu illərdə IX və X "The first" ödüllərinin sahibidir.

Prezident mükafatçısı olmuşdur.



Mən, Zemfira xanım haqqında fikirləşəndə, ilk öncə ağlıma “gözəl insan” kəlməsi gəlir. Gözəl insan olmaq insanın fitrətindən, irsindən irəli gəlir. Hər bir kəs “insanam” deməklə əslində, özünü xüsusi bir gözəlliyə nisbət edir, amma, bu gözəlliyi qoruyub saxladığı ölçüdə- məhəbbətində, sədaqətində, səmimiliyində, dürüstlüyündə, fədakarlığında “gözəl insan” olur.

Fitrətində belə gözəl keyfiyyətlərin olması, hər bir insanın arzusudur.

Gözəl insan olmaq çətindir…Zemfira xanım, bütün bu öhdəlikləri cəmiyyət arasında, dostlar arasında, mən deyərdim ki, artıqlaması ilə sərgiləyib.
Gözəlliyin yanlış yerlərdə axtarıldığı bir dövrdə, zahiri görünüşün daha mühüm olduğu bir dövrdə, vəzifənin bacarıqsızlığı, özündən kiçik işi, vəzifəsi olan insanlarla müqayisədə, gözəl insan olmaq doğrudan da çətindi.
Zemfira xanım bütün bu göstəricilərin öhdəsindən gəlib. Heç yadımdan çıxmaz. İllər öncə, kiçik bacım uzun sürən ağır xəstəliklə mübarizədə yenildi, rəhmətə getdi. Elə yenicə dəfn olmuşdu. Hamımız çox üzgün vəziyyətdə, qohum-əqrəbəli, qonum-qonşulu, dostlar-tanışlar, kənd camaatı ilə birgə, yasa gələnlərlə oturub, özümüzü ələ almağa çalışırdıq. Söhbəti dəyişib, çalışırdılar heç olmasa azca da olsa sakitləşəm, daha ağlamayım. Birdən evin qapısı açıldı, Zemfira Məhərrəmli evə daxil olan kimi, desəm, inanmarsınız, üzümə seziləcək qədər ışartı çökdü...Təsəvvür edirsiniz, üzümə xəfif təbəssüm qondu. Görənlər bilirlər, Bakının Əmircan kəndi qədimdən döngələri çox olan kənddi, Zemfira xanım bizi necə tapa bildi? Axı, bu xanım mənim doğulub boya-başa çatdığım Əmircan kəndində, ata-baba evimdə hələ olmamışdı. Soraqlaya-soraqlaya , çətinliklə tapdığını sonra bildim. Uzun ayların yorğunluğu, Onkologiya Mərkəzində (əməliyyatlar, bacımın qışqırtıları) dəhşətli günlərin həyəcanı...Artıq kədər içində olan gözlərim parlayırdı...Bax, budur, üzgün vəziyyətdə çöhrəmə təbəssüm bəxş edən insanın varlığı, budur gözəl insan olmaq anlayışı. Bu gün gözəl insan olmaq çətindir…Hər insan bu missiyanı yerinə yetirmək iqtidarında deyil...
Zemfira Məhərrəmli ölkə Prezidentinin 6 mart 2021-ci il tarixli Sərəncamı ilə "Əməkdar jurnalist" fəxri adına layiq görülmüşdür.
“İbtidai məktəb və məktəbəqədər tərbiyə” jurnalında tərbiyə problemi” mövzusunda dissertasiya müdafiə edərək, pedaqogika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır.

Z.Məhərrəmlinin əsərləri Azərbaycan, rus, ingilis və türk dillərində çap edilmişdir.

İngilis dilində nəşr olunan «Garabagh war witnessed by women» («Qarabağ müharibəsi qadınların şahidliyi ilə», 2005) və Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində çapdan çıxmış «Карабахская война: сражались и женщины» (2005) kitablarına görə Beynəlxalq Avrasiya Mətbuat Fondunun «Qarabağ» Ali mükafatını almışdır. Onun Qarabağ mövzusunda gərgin yaradıcılıq axtarışlarının bəhrəsi olan kitabları ictimaiyyət arasında ciddi rezonans doğurub. Təkcə «Döyüşə qızlar gedir» kitabı haqqında 40-dək resenziya dərc edilib. Nasir-publisistin sayca 15-ci kitabı – «Bədii düşüncədə Qarabağ» adlı əsəri taleyimizə yazılan 30 illik savaşın başlanğıcından Vətən müharibəmizədək olan dövrü əhatə edir. Kitabda müəllifin yazıçı tənqidinin diqqətini çəkən, bü yöndə ədəbi söhbətlərinin məğzini təşkil edən iztirab və kədərimiz, mücadiləmiz və möhtəşəm zəfərimizdən söz açılır, qələm adamlarının yaradıcılığında Qarabağ mövzusunun bədii inikası araşdırılıb.
Türkiyədə yenicə çapdan çıxan “Zafer yolçuları” kitabı oxucuların böyük marağına səbəb olacaq. Zemfira xanımın təltiflərini, ödüllərini saymaqla bitməyəcək.

Realfakt.az saytı olaraq, Zemfira xanıma tutduğu bu işıqlı zəfər yolunda uğurlar arzu edirik.
Zəhmətiniz yamyaşıl bəhrə versin, qələminiz iti olsun, hörmətli dostumuz!


“ZAFER YOLÇULARI” -ZEMFİRA MƏHƏRRƏMLİ
“ZAFER YOLÇULARI” -ZEMFİRA MƏHƏRRƏMLİ
“ZAFER YOLÇULARI” -ZEMFİRA MƏHƏRRƏMLİ
“ZAFER YOLÇULARI” -ZEMFİRA MƏHƏRRƏMLİ
“ZAFER YOLÇULARI” -ZEMFİRA MƏHƏRRƏMLİ



















Mayisə ƏSƏDULLAQZI, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü.