NƏCİBƏ İLKİN DÜHASI

gundem
8-06-2023, 20:34 1540
NƏCİBƏ İLKİN DÜHASIİyunun 8-i “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin, “Ali Ziya” və "Naxış" jurnallarının təsisçisi və baş redaktoru, Prezident mükafatçısı,
Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin idarə heyətinin və Qadınlar Şurasının üzvü, DAMM-ın katibi, nasir, şair Nəcibə İlkinin II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının oxucuları ilə görüşü və imza saatı keçirilib.

Nasir xanımın "Sözün ölçüsü və çəkisi", "Atəş", "İki vətən qızı", "Gədəbəy qartalı" , “Şəhidliyin Əli və İslam zirvəsi” kimi bir sıra əsərləri sərgilənib.
Otuz ildən artıq müddətdə yaradıcılığı dövründə, əsas diqqəti vətənpərvərlik mövzusuna yönəldən Nəcibə xanım müəllifi olduğu iyirmi kitabın, on ikisini vətənpərvərlik mövzusunda yazıb.
Ədəbiyyatımızın incə, nəcib ruhlu Nəcibə xanımı şeiriyyat aləminə ürkək yazıları ilə gələn qələm adamlarına bacardığı dəstəyi verib və verir. Gerisi qalır qələm adamının öz yaradıcılıq ruhuna, biliyinə, zəkasına. Yadımdadı, uzun illər bundan əvvəl, ilk yazılarım, şeirlərim çapa gedəndə, Nəcibə xanım məndən də dəstəyini əsirgəmədi. Nəcibə İlkinin ruhu sonu bilinməyən ümmandır, böyük söz xəzinəsi olan dəryadı. Bu ümman ona ilham, həvəs verərək yamyaşıl pöhrə ümidlər yaradır. Nasir, şair olmaq asan deyil. Hər insan yaradıcı ola bilməz. Mən hələ bir oxucu olaraq, şairləri sonsuz ulduzlar kimi görürəm. O ulduzlar axır, parlayır, bərq vurur, tükənmir. Şair ruhlu insanlarda da bunu belə təsəvvür edirəm. Yazdıqca yazırlar, yaradırlar, bütün gecəni yazırlar, bir də ayılırlar ki, artıq günəş doğur… Şairlər gözəlliyi həm görürlər, həm də sözlə canlandırırlar. Bütün bunlar ruha ilham verir. İnsan zəkasının, yaradıcılığın, istedadın ən yüksək zirvəsi, xariqüladə zəka Nəcibə İlkin dühasının qonağı olduq bu gözəl yaz səhəri...
NƏCİBƏ İLKİN DÜHASI
Nəcibə xanım həm də, "Türkiyə Çukurova Ədəbiyyat Dərnəyi"nin təmsilçisidir. Nəcibə xanım Azərbaycanda və Türk dünyasında oxunaqlı nasir-publisist, şair xanımdır. Nəcibə İlkinin şeirləri və yazıları AYB-nin ədəbi orqanı olan “Azərbaycan” və “Ulduz” jurnallarında, eləcə də, “Vəfa”, “Sözün işığı” , “Qoşa ulduz” jurnallarında, “Şərqin səsi”, “Ziya”, “Elm və Təhsil”, “Zaman”, “Ümman”, “Kaspi”, “Respublika” və digər mətbu orqanlarda, saytlarda mütəmadi yayımlanır. Şeirlərinə və publisist məqalələrinə görə Az.KİVİHİ-nın “Azərbaycanın fəxri”, “Qızıl Qələm”, “Xalqın nüfuzlu ziyalısı”, “Xan qızı Natəvan” mükafatlarına, “İnam” şərəf diplomuna layiq görülüb. “Qafqaz Media İctimai Birliyi” tərəfindən “Vicdanlı qələm”, “Peşəkar jurnalist” diplomları ilə mükafatlandırılıb.

İyunun 5-də starta başlayan II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı iyunun 11-dək davam edəcək. Buyurun hörmətli oxucular, gəlin, Nəcibə İlkin dühasından faydalanın.

Nəcibə xanımdan şeir çələngi:








ŞAİRLƏR GÜNÜ

Deyirlər ki, bu gün şair günüdü,
Şairlərin hansı günü yoxdu ki?!
Əzab, həsrət, hicran, bir də dərd yükü,
Şairin günüdü, şair toxdu ki?!

Əynində vətənin şəhid köynəyi,
Gözündə kədərin dənizi yatır.
Hər gün xırda-xırda artır göynəyi,
Şair ağrısıyla başını qatır.

Şairə gün verib, gün ayırmayın,
Şairə pay verin, qüssədən-qəmdən.
Bütün dərdinizi şələ eyləyib,
Asın şairlərin çiyinlərindən.

Şairin sinəsi bülbül qəfəsi,
Orda fəğana bax, orda aha bax.
Dağı da əridir onun naləsi,
Qəfəsi ərimir, bir günaha bax?!

Pənahı haqq olub, haqqa arxadır,
Göydə Allahı var, yerdə sözü var.
Sözüylə baş qatıb özün toxdadır,
Axı şairlərin nədə gözü var?”

Arzusu kəm olub, gözündə oynar,
Yanıltmaz haqqını, inamı iti.
Ağlında, sözündə, çağlayıb qaynar,
Qəlbindən tökülüb düşən ümidi.

Şair dərd bükürmü, bilinməyən sədd,
Şairin bəxtində gecələr zaman.
Siz ona gün verib, gün ayırmayın,
Asın şairləri dar ağacından.

NƏCİBƏ İLKİN DÜHASI









NƏCİBƏ İLKİN DÜHASI
NƏCİBƏ İLKİN DÜHASI












NƏCİBƏ İLKİN DÜHASI



Mayisə ƏSƏDULLAQIZI, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü.