Azərbaycanın tədiyyə balansının qalığı iki dəfədən çox artıb
iqtisadiyyat
8-06-2023, 20:13
817

Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur.
Ümumi qalıq ölkənin cari əməliyyatlar balansındakı 3 milyard 376,2 milyon dollarlıq qalıq (1 il əvvələ nisbətən 14,6% az), kapital hesabındakı 3,4 milyon dollarlıq qalıq (1 il bundan əvvəl kəsir olub), maliyyə hesabındakı 1 milyard 302,6 milyon dollarlıq qalıq (əvvəlki il kəsir olub), balanslaşdırıcı maddələr üzrə 1 milyard 228,4 milyon dollarlıq kəsir (3,7% çox) hesabına formalaşıb.