173 il əvvəl Azərbaycanda yaradılan ilk aptek - FOTOREPORTAJ
sehiyye
5-06-2023, 16:42
557

Hələ XIX əsrin əvvəlində Bankədən bir az yuxarıda Kür sahilində Tatarməhlə kəndində yerləşən “Allah mədəni” adlanan balıqçılıq müəssisəsində yanğın baş verir. 1841-ci ildə vətəgələr, xəstəxana, inzibati idarələr yaşayış sahələri ilə birlikdə məcbur Bankəyə köçürülür. Məhz həmin dövrdə 1850-ci ildə ilk aptek də orada yaradılır. Bankə qəsəbəsində balıqçı gəmisində yaradılan ilk aptekin adı saxlanılmaqla hələ də günümüzə qədər fəaliyyət göstərməkdədir.
Gəmilərlə Rusiyadan gətirilən zəngin dərman ehtiyatına malik olan aptek nəinki yerli əhalinin, hətta regionda yerləşən qonşu kənd, qəsəbə və şəhərlərin də tibbi ehtiyacını ödəyib. Hətta Bakı, Gəncə, Lənkəran kimi şəhərlərdən də həkimlər və xəstələr çətin əldə olunan dərmanlar üçün ölkənin bu ilk və yeganə aptekinə üz tutublar.
PhotoStock-un Azərbaycanın 173 yaşı olan ilk aptekindən hazırladığı reportajı təqdim edirik:


