Qiymətə və avadanlığa bağlı sürət: İnternet probleminin səbəbi nədir? - ARAŞDIRMA + FOTO

sosial
29-05-2023, 11:29 889
Qiymətə və avadanlığa bağlı sürət: İnternet probleminin səbəbi nədir? - ARAŞDIRMA + FOTOBir müddət əvvəl İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində internet provayderləri ilə görüş keçirilib. Görüşdə çoxmənzilli yaşayış binalarında fəaliyyətlə bağlı provayderlərin qarşılaşdıqları çətinliklər və haqsız rəqabət halları ilə bağlı müzakirələr aparılıb.

İstehlakçılardan Dövlət Xidmətinə daxil olan müraciətlər əsasən internetin sürətinin zəif olması, internet xidmətlərinin göstərilməsindən imtina edilməsi, istehlakçılardan əlavə ödənişlərin tutulması, ödənilən vəsaitin qaytarılmaması və digər məsələlərlə bağlı şikayətlər daxil olub. Tədbirdə istehlakçılara göstərilən internet xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, xidmətdən əsassız imtina hallarına yol verilməməsi, xidmət haqqında istehlakçılara düzgün və dolğun məlumat verilməsi, istehlakçı müraciətlərinin araşdırılması məsələləri barədə fikir mübadiləsi aparılıb.
Bu barədə “Kaspi” qəzeti məqalə dərc edib.
Provayderlərin də bildirdiyi kimi, insanların əsas şikayət etdiyi məsələlərdən biri internetin sürəti və qiyməti ilə bağlıdır. Vətəndaşlar daha az ödəniş edərək, yüksək sürətli internet əldə etmək istəyirlər. Bəs əslində belə bir şey mümkündür? Provayderlərin vətəndaşların istəklərini həyata keçirə bilməsi