Azərbaycanda ötən il hüquqi şəxslər 3,2 milyard manat çox mənfəət vergisi ödəyiblər

iqtisadiyyat
24-05-2023, 13:42 677
Azərbaycanda ötən il hüquqi şəxslər 3,2 milyard manat çox mənfəət vergisi ödəyiblər2022-ci ildə Azərbaycanda hüquqi şəxslərin mənfəət (gəlir) vergisi üzrə 8 522,5 milyon manat vəsait yığılıb.

“Report” xəbər verir ki, bu barədə "2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat"da bildirilir.
Sənədə əsasən, bu, 5 290 milyon manatlıq proqnoza qarşı 3 232,5 milyon manat və yaxud 61,1%, 2021-ci illə müqayisədə isə 5 564,1 milyon manat və yaxud 2,9 dəfə çox olub.



Bu tədiyə növü üzrə daxil olan vəsaitin 30,7%-i və yaxud 2 612,2 milyon manatı qeyri-neft sektorunun, 69,3%-i və yaxud 5 910,3 milyon manatı neft sektorunun payına düşüb.