Yeni qanun elektrik enerjisinin qiymətinin artmasına səbəb olacaq? - AÇIQLAMA + VİDEO

iqtisadiyyat
24-05-2023, 13:34 720
Yeni qanun elektrik enerjisinin qiymətinin artmasına səbəb olacaq? - AÇIQLAMA + VİDEO “Yeni təsdiqlənən “Elektroenergetika haqqında” Qanun elektrik enerjisinin qiymətinin artmasına səbəb olmayacaq. Əksinə, bu qanun hazırda istehsalı və satışı yalnız “Azərenerji” və “Azərişıq” tərəfindən həyata keçirilən enerji sektorunda özəl iştirakçıların fəaliyyət göstərməsinə şərait yaradacaq”.

Energetika Nazirliyindən “Xəzər Xəbər”ə verilən açıqlamada belə deyilib.
Nazirlikdən bildirilib ki, yeni qanuna əsasən, stansiya qurub enerji depolayan özəl şirkətlər istehlakçılara elektrik enerjisi sata biləcəklər.
Energetika Nazirliyinin şöbə müdiri Ələsgər Həsənov deyib ki, bu qanunda elektrik enerjisinin pərakəndə qiymətinin sərbəstləşməsindən söhbət getmir. Burada tariflər yenə də dövlət tərəfindən tənzimlənəcək.
Şöbə müdirinin sözlərinə görə, yeni qanun xüsusilə böyük müəssisələrə enerji təminatçısını seçmək şansı verəcək. Onlar enerjini ən ucuz satan təminatçı ilə müqavilə bağlaya biləcəklər.
Bütövlükdə, bazarda müstəqil enerji istehsalçılarının artması keyfiyyətin də yüksəlməsinə səbəb olacaq.
Qeyd edək ki, yeni qanun 2024-cü ildən qüvvəyə minəcək və mərhələli şəkildə tətbiq ediləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda: