Vüqar Qurbanov: “Hazırda turistlərin Azərbaycana gəlməsində heç bir məhdudiyyət yoxdur”
gundem
24-05-2023, 13:14
643

“Report” xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.
O xatırladıb ki, əvvəllər Azərbaycana gəlmək üçün COVID-19 testləri tələb olunurdu:
“Amma hazırda bu məhdudiyyətlər aradan qaldırılıb.
Hansısa bir xarici vətəndaşda koronavirus əlamətləri aşkar edildikdə onlara tibb müəssisələrimiz və həkimlərimiz tərəfindən müəyyən yardımlar göstərilir”.