Əhali restoranlara yarım milyard manatdan çox pul xərcləyib - VİDEO

gundem
23-05-2023, 16:25 544
Əhali restoranlara yarım milyard manatdan çox pul xərcləyib - VİDEO Bu il kafe və restoranlara 570 milyon manata yaxın vəsait xərclənib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, bu il kafe və restoranlara 570 milyon manata yaxın vəsait xərclənib. Bu isə ötən illə müqayisədə 24,9% çoxdur.

Restoran inzibatçıları bildiriblər ki, tələbatın belə artmasına səbəb qiymətlərin bazarla müqayisədə münasib olmasıdır.
Belə ki, restoranlar arasında rəqabət çoxdur, müştəri cəlb etməkdən ötrü qiymətləri münasib qoymağa məcburdurlar.
Bildirilib ki, sosial şəbəkələrdə münasib qiymətə yemək setlərinin güclü təbliğatı da gedir.
Həmçinin bildirilib ki, nağdsız ödənişlərin sayının artması da dövriyyədəki gəliri göstərən əsas amillərdəndir.
Lakin bazardakı bahalaşma da menyulardakı qiymət artımına təsirsiz ötüşməyib.

Daha ətraflı “Xəzər Xəbər”in süjetində: