Gəncədə mənzildə Fətəli Xan Xoyskinin qohumunun meyiti aşkarlandı
hadise
17-05-2023, 09:26
783

“Report”un məlumatına görə, yaxınlıqda yaşayan vətəndaşların çağırışı ilə əlaqədar FHN-in Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri həmin ünvana gəlib və bağlı qapını açaraq mənzilə daxil olublar.
Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, A.Xan Xoyski Xalq Cümhuriyyəti dövründə Azərbaycanın dövlət idarələrində məsul vəzifələr tutmuş peşəkar hüquqşünas, AXC-nin əsas qurucularından olan Fətəli Xan Xoyskinin qardaşı oğlu Əmiraslan Xan Xoyskinin nəvəsidir. O, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.
Həmçinin tarix elmləri doktoru, professor olub.