Kəbədə güclü partlayış olub, çoxlu sayda ölən var

dunya
11-09-2015, 22:22 764
Kəbədə güclü partlayış olub, çoxlu sayda ölən var Dağıntılar altında çoxlu sayda insanın qaldığı bildirilir.
Kəbədə Ümrə ziyarəti zamanı güclü partlayış baş verib, çoxlu sayda ölən var.
ANS PRESS-in məlumatına görə, APA TV-nin hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, bu gün cümə namazından sonra zəvvarlar Ümrə ziyarəti həyata keçiriblər. Bu zaman güclü yağış başlayıb və qəfildən partlayış səsi eşidilib. Jurnalist səsin ildırım səsinə bənzədiyini deyib. Partlayışdan sonra Kəbənin içərisində güclü dağıntı baş verib.
Dağıntılar altında çoxlu sayda insanın qaldığı bildirilir.
ANS PRESS xatırladır ki, bu gündən zəvvarların ilk qrupu Heydər Əliyev Beynəlxalaq Hava Limanından yola salınıb. Zəvvarlar 40-50 nəfərlik qruplara bölünüblər. Onlara təlimatlar keçirilib.
Sentyabrın 15-ə qədər Azərbaycandan 2400 zəvvar xüsusi təyyarələrlə müqəddəs şəhərə yola düşərək Mədinə şəhərindən ziyarətlərini başlayacaqlar. Məkkədə bütün vacib əməlləri yeriən yetirdikdən sonra sentyabrın 29-dan etibarən hacılar geri yatmağa başlayacaqlar. Geri dönüş oktyabr ayının əvvəlinə kimi davam edəcək.