Timberleyk oğlunun fotosunu göstərib

sou
11-09-2015, 22:20 942
Timberleyk oğlunun fotosunu göstərib Mügənni atalıq hissi ilə qürur duyur.
Castin Timberleyk və Cessika Bil cütlüyü 5 aylıq oğlunun şəkilini paylaşıb.
ANS PRESS-in məlumatına görə, Cütlük körpə Sallasın fotosunu bir neçə gün əvvəl ilk dəfə olaraq pərəstişkarlarını sevindirmək üçün göstəriblər.
Castin və Cessika şəxsi həyatlarını kənar gözlərdən saxlamağa çalışırlar. Onlar 5 ay bundan əvvəl valideyn olublar və o vaxtdan uşağın şəkilini göstərmək fikrində deyildilər. Lakin cütlüyün yaxın dostu, həmçinin "Axşam şousu"nun aparıcısı Cimmi Fellon onları uşağın şəkilini göstərməyə razı salıb.
Castin Timberleyk və Cessika Bil 2012-ci ildə İtaliyada evləniblər. Bu ilin aprel ayında cütlüyün Sallas adlı oğlu dünyaya gəlib.