Anar Prezident İlham Əliyevə təşəkkür edib: “Əməyimi qiymətləndirib”

gundem
15-03-2023, 16:51 1035
Anar Prezident İlham Əliyevə təşəkkür edib: “Əməyimi qiymətləndirib”Xalq yazıçısı Anar Prezident İlham Əliyevə 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsinə görə təşəkkür edib.

Anar Teleqraf.com-a açıqlamasında bu sözləri deyib:
“Cənab Prezident İlham Əliyevə təşəkkür edirəm. Çox sağ olsun, əməyimi qiymətləndirib”.
Qeyd edək ki, yazıçı Anarın 85 yaşı tamam olub.

Realfakt.az saytının kollektivi olaraq biz də Anar müəllimi təbrik edirik, daha böyük uğurlar arzu edirik!