Çində dəhşətli qəza: 12 ölü, 19 yaralı

dunya
11-09-2015, 11:46 941
Çində dəhşətli qəza: 12 ölü, 19 yaralı Avtobus idarəetməni itirərək, yük maşını ilə toqquşub.
Çində avtobusun yük maşını ilə toqquşması nəticəsində 12 insan həyatını itirdi.
ANS PRESS -in məlumatına görə, hadisə Çinin Xenan əyalətində baş verib. Xarici KİV-lər xəbər verir ki, qəzaya səbəb avtobusun yüksək sürətlə idarə olunması və eyni zamanda yolun sürüşkən olması göstərilir.
Sürüşmə nəticəsində avtobus idarə etməni itirərək bir neçə dəfə aşıb və yük maşınına dəyib. Nəticədə 9 nəfər yerindəcə ölüb, daha üçü isə xəstəxanada dünyasını dəyişib.
Bundan başqa, 19 nəfərin xəsarət aldığı deyilir. Yaralılar dərhal yaxınlıqdakı xəstəxanaya çatdırılıblar. Avtobusda azyaşlılar da olub. Hadisə ilə bağlı araşdırma aparılır.
Çində dəhşətli qəza: 12 ölü, 19 yaralı