DTX məhkəmənin ölmüş elan etdiyi terrorçunu tutub ölkəyə gətirdi
gundem
13-03-2023, 20:40
680

Oxu.Az xəbər verir ki, Şahin Salayevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işində bir sıra maraqlı məqamlar var.
Belə ki, 2023-cü ildə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən ələ keçirilərək Azərbaycana gətirilən, Suriya-İraq ərazisində 10 illik döyüş təcrübəsi olan Şahin Salayev 2016-cı ildə Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə xaricdəki silahlı münaqişələr zamanı ölmüş elan olunub.
Hazırda “sənəd üzərində ölmüş” olan Şahin Salayev tutulduğu cinayət işi üzrə həbs tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən, hakimin suallarını cavablandırmaqdan imtina edərək dünyəvi dövlətin məhkəmələrini tanımadığını deyib.