“Azərsu”: “Suyun qrafiklə verilməsi müvəqqətidir”

sosial
13-03-2023, 20:33 755
“Azərsu”: “Suyun qrafiklə verilməsi müvəqqətidir”“Bakıətrafı qəsəbələrə suyun qrafiklə verilməsi müvəqqəti xarakter daşıyır və mövcud vəziyyətlə bağlıdır”.
AzVision.az xəbər verir ki, bunu “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov deyib.


“Bizim su ehtiyatlarımız adətən mart-aprel aylarında qarların əriməsi ilə arta bilir. Normal su ehtiyatı olarsa, qrafikdə yumşaq rejimə keçilə bilər. Suyun sərt qrafik rejimində verilməsi təkcə Kür çayının suyunun azalması ilə bağlı deyil. Biz digər mənbələr hesabına - Oğuz-Qəbələ, Ceyranbatan və Şollar kəmərləri vasitəsilə Abşeron yarımadasını su ilə təmin edirik.
Dünyanın bütün ölkələrində belə hallarda sərt rejimə keçirilir. Bu, fəaliyyətə deyil, təbiətə bağlı məsələdir”.

E.Məmməd.ov bildirib ki, qrafikin saatları sakinləri qane etmirsə, o zaman onun dəyişdirilməsinə baxıla bilər.