Sumqayıt Şəhər İcra Hakimiyyətində kadr təyinatı
sosial
13-03-2023, 20:30
569

Oxu.Az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı əmr imzalayıb.
İcra başçısının əmrinə əsasən, Sumqayıt İH başçısının müavini, şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsinə Fərid Ələkbərov təyin edilib.
Qeyd edək ki, daha əvvəl Sumqayıt İH başçısının müavini, şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsində çalışan Sahib Quliyev 2020-ci ildə vəfat edib. Onun vəfatından sonra həmin şöbəyə təyinat olmayıb.