Prezident: “Cənub Qaz Dəhlizinin qoyduğu bünövrə əməkdaşlıq üçün əlverişli imkanlar yaradıb”
siyaset
2-02-2023, 15:55
801

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclasında iştirak etmək üçün Bakıya gələn ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri xanım Laura Loxmanla görüşündə bildirib.
İclasda səmərəli müzakirələrin aparılacağına əminliyini ifadə edən dövlətimizin başçısı vurğulayıb ki, Cənub Qaz Dəhlizinin qoyduğu bünövrə bərpa olunan enerji sahəsində əməkdaşlıq üçün əlverişli imkanlar yaradıb.