Ceyhun Bayramov Tacikistan və Pakistan XİN başçıları ilə görüşüb - FOTO
gundem
24-01-2023, 19:13
670

Bu barədə Azərbaycan XİN başçısı “Twitter” hesabında bildirib.
Görüş Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 26-cı iclası çərçivəsində baş tutub.
“Azərbaycan və Tacikistan arasında mövcud ikitərəfli münasibətlərin və iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məhsuldar söhbətimiz oldu”, - Ceyhun Bayramov bildirib.
O, Bilaval Bhutto Zərdari ilə isə strateji münasibətlərin dərinləşməsini müzakirə etdiyini qeyd edib.