Ötən il Prezident təqaüdləri üzrə 541 milyon manat ödənilib - FOTO

gundem
21-01-2023, 20:43 826
Ötən il Prezident təqaüdləri üzrə 541 milyon manat ödənilib - FOTOÖtən il sosial müavinətlər üzrə 37 faiz çox olmaqla 806 milyon manat, Prezident təqaüdləri üzrə 30 faiz çox olmaqla 541 milyon manat ödənilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
2022-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 478 min nəfər sosial müavinətlə, 368 min nəfər Prezidentin aylıq təqaüdü ilə təmin olunub.
Sosial müavinətlər üzrə 37 faiz çox olmaqla 806 milyon manat, Prezident təqaüdləri üzrə 30 faiz çox olmaqla 541 milyon manat ödənilib.

Sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 429 min, o cümlədən ötən il 208 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Ötən il Prezident təqaüdləri üzrə 541 milyon manat ödənilib - FOTO