ŞƏHİDLƏR XİYABANI
gundem
20-01-2023, 00:33
2403

Mənim Məkkəm, Mədinəm!!
Doğma övladlarındı,
Körpə qol-qanadındı,
Vətən, qoynunda yatan...
Onlar olub nadanın başına
Kəmənd atan!
Onlar olub düşməni,
Şeytan bilib daş atan!!
Onları tanımayan,
İnsanlıqdan kənardı,
Məzarları başında,
Vətən sevgisi vardır!
Onları tanımayan ,
Bizləri nə anlayar?!
Nadanların işidi,
Dünyanı qandallayar!!
...Şəhidlər Xiyabanı,
Mənim Məkkəm, Mədinəm!!
Doğma balalarındı,
Sənin qol-qanadındı,
Vətən, qoynunda yatan!
Mayisə ƏSƏDULLAQIZI