Kərim Vəliyev ehtimal olunan təxribatların qarşısının alınması üçün tapşırıqlar verib - FOTO/VİDEO
gundem
20-01-2023, 00:25
683

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Baş Qərargah rəisi əməliyyat şəraiti və döyüş növbətçiliyinin təşkili ilə bağlı məruzələri dinləyib, ehtimal olunan təxribatların qarşısının vaxtında və qətiyyətlə alınması üçün müvafiq tapşırıqlar verib.
General-polkovnik K.Vəliyev döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması məqsədilə təlim və məşqlərin intensivliyinin artırılması və bölmələrin idarə edilməsi bacarıqlarının təkmilləşdirilməsi barədə göstərişlər verib.