Prezident İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun sədri Klaus Şvab ilə görüşüb - YENİLƏNİB

siyaset
19-01-2023, 22:26 586
Prezident İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun sədri Klaus Şvab ilə görüşüb - YENİLƏNİBYanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Dünya İqtisadi Forumunun sədri Klaus Şvab ilə görüşü olub.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Dünya İqtisadi Forumu arasında uğurlu əməkdaşlığın aparıldığı və bu əməkdaşlığa hər iki tərəfdən böyük önəm verildiyi qeyd olundu.


Klaus Şvab Azərbaycanın Dünya İqtisadi Forumunun yeni təşəbbüslərinə, o cümlədən Dördüncü Sənaye İnqilabı sahəsində yeni layihələrə qoşulmasını məmnunluqla qeyd etdi.
Azərbaycanda Prezident İlham Əliyevin təşəbbüsü ilə Dördüncü Sənaye İnqilabı Mərkəzinin uğurlu fəaliyyəti xüsusi vurğulandı və bunun Davos İqtisadi Forumu ilə əməkdaşlığın müxtəlif aspektlərinin daha da genişləndirilməsinə töhfə verdiyi bildirildi.
Klaus Şvab Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına töhfəsini xüsusi vurğuladı.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparıldı.

19:06

Yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Dünya İqtisadi Forumunun sədri Klaus Şvab ilə görüşü olub.
Bu barədə AZƏRTAC məlumat yayıb.