Şəhid ailələrinə verilən Prezident təqaüdü ilə bağlı FƏRMAN - FOTO

siyaset
15-01-2023, 01:42 834
Şəhid ailələrinə verilən Prezident təqaüdü ilə bağlı FƏRMAN - FOTOPrezident İlham Əliyev şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılması və “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Bununla bağlı Prezident.az məlumat yayıb.
Fərmanla şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 600 manat müəyyən edilib.

Qeyd edək ki, buna qədər bu kateqoriyadan olan şəxslərə verilən Prezident təqaüdünün məbləği 500 manat idi.

Şəhid ailələrinə verilən Prezident təqaüdü ilə bağlı FƏRMAN - FOTO