Amerikada yaşayan aktyorumuz dünyasını dəyişdi

medeniyyet
11-09-2015, 10:17 971
Amerikada yaşayan aktyorumuz dünyasını dəyişdi O, uzun illərdir ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Tanınmış aktyor, uzun illərdir Amerikanın Nyu-York şəhərində yaşayan Vəliəhd Vəliyev dünyasını dəyişib.
Bu haqda aktyorun yaxın qohumu Samir Qədirov xəbər verib:
“Vəliəhd Vəliyev bir neçə saat əvvəl dünyasını dəyişdi. Bu haqda onun ailəsi biz qohumları xəbərdar edib. Aktyor Amerikada dəfn olunacaq. Çünki o hələ sağlığında özü üçün orada qəbiristanlıqda yer götürmüşdü”, - deyə aktyorun qohumu bildirib.
Qeyd edək ki, Vəliəhd Vəliyev 1952-ci ildə Daşkəsəndə anadan olub. 1979-cu ildə Moskvada ÜDKİ-nin aktyorluq fakültəsini bitirib. Aktyor xalq artisti Həmidə Ömərova, aktrisa Sonaxanım Mikayılova və s. ilə tələbə yoldaşı olub.
O, uşalıq illərindən Gəncə Teatrında çalışıb və bir sıra yadda qalan rollar oynayıb. Kinostudiyada bir çox filmdə çəkilsə də, onu tamaşaçılar "Evlənmək istəyirəm"də Əhməd bəy rolu ilə daha çox tanıyırdılar.
Aktyor uzun illərdir ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Allah rəhmət eləsin!