Paraolimpiyaçı atletlər hər kəsi təəcübləndirdi

idman
11-09-2015, 10:11 1266
Paraolimpiyaçı atletlər hər kəsi təəcübləndirdi Rio Olimpiya oyunları ilə bağlı maraqlı videoçarx yayılıb.
2016 Rio Olimpiya oyunları üçün paraolimpyaçılar tərəfindən hazırlanan videoda oyun zamanı ölkələri təmsil edən paraolimpiya atletləri inanılmaz performansları ilə digər idmançıları heyrət içərisində qoyublar.
2016-cı ildə keçiriləcək yarış üçün hazırlanan videoda oyunda iştirak edəcək paraolimpiya atletləri adi vətəndaşlar kimi idman zalına gəliblər. Onlar Digər idmançıların sual dolu baxışları arasında idmanla məşğul olmağa başlayıblar. İdman zalına girdikləri andan bütün diqqətləri üzərilərnə çəkən idmançılar onlara çaşqınlıqla baxan digər insanları utandırmağa nail olublar.
Yay Olimpiya Oyunları 21-ci dəfə dünyanın sülh elçilərini Olimpiya bayrağı altında birləşdirəcək. Rio Olimpiya oyunlarında planetin 205 ölkəsindən 12 500-ə yaxın idmançı iştrak edəcək. Oyunlar 17 gün ərzində Braziliyanın Stadionlarında keçiriləcək. Azərbaycanı 2016 Yay Olimpiya Oyunlarında 3 idmançı təmsil edəcək.
2016 Yay Olimpiya Oyunlarının proqramına iki yeni idman növü daxil edilib. Qolf və Reqbi 2009-cu ildə Danimarkanın paytaxtı Kopenhagen şəhərində keçirilən Beynəlxalq Olimpiya Komitəsinin sessiyasında 2016 Yay Olimpiya Oyunlarının proqramına daxil edilib.