Kiçik və orta sahibkarların 7 il müddətinə vergidən azad edilməsi nəzərdə tutulur - Nazir AÇIQLADI
gundem
1-12-2022, 14:44
474

Oxu.Az xəbər verir ki, bunu KOBİA və Kiçik və Orta Müəssisələr üçün Beynəlxalq Şəbəkənin (INSME) təşkilatçılığı ilə “KOB-ların gücləndirilməsi: İqtisadi diversifikasiya və yaşıl inkişaf” mövzusunda İNSME-nin 18-ci İllik Toplantısında iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə, Azərbaycanda kiçik və orta biznesin (KOB) inkişafı prioritet məsələdir.
“Azərbaycanda kiçik və orta sahibkarlığın yeddi il müddətinə vergidən azad edilməsi nəzərdə tutulur. KOB-u yeddi il müddətinə vergidən azad etməklə biznes imkanlarının genişləndirilməsi planlaşdırılır. Biznesin inkişafının əsas mexanizmləri sahibkarlığa dövlət dəstəyi, stimullaşdırıcı və güzəştli kreditlərdir”.