Psixoloqdan xəbərdarlıq: “Ən böyük siqnal uşağın təhsildən yayınmasıdır” - VİDEO

tehsil
29-11-2022, 09:43 600
Psixoloqdan xəbərdarlıq: “Ən böyük siqnal uşağın təhsildən yayınmasıdır” - VİDEO“Valideyn uşaqda hər hansı normadan kənar davranış görürsə, mütləq bunu ciddiyə almalıdır”.
Bunu Baku TV-də yayımlanan “Salam Baku” verilişində psixoloq Elnur Rüstəmov deyib.


O qeyd edib ki, belə hallarda ən böyük siqnal uşağın təhsildən yayınmasıdır.
“Əgər bu hal baş verirsə, valideyn tədbir görməlidir. Çünki bütün problemlər oradan başlayır. Uşaq təhsildən yayınırsa, o, mütləq pis çevrəyə düşəcək”, - deyə psixoloq əlavə edib.
E. Rüstəmov valideynlərə çağırış da edib:
“Əgər uşağınızın davranışında, ünsiyyətində hər hansı problem varsa, aqressiv davranırsa, özünə qapanırsa, evdən hansısa qiymətli əşyanı aparırsa, gözü qızarıbsa, evə gec gəlirsə, diqqətli olun və bunun səbəbini tapmağa çalışın”.

Daha ətraflı süjetdə: