Ülviyyə Alovludan şok edəcək verliş

sou
10-09-2015, 22:10 846
Ülviyyə Alovludan şok edəcək verliş Məşhur aparıcı Ülviyyə Alovlu ANS-in efirində hamını şok edəcək.
Şok yaradan hadisə isə onun “Şok al ad” adlı verlişidir.
Ülviyyə Alovlunun aparıcılıq etdiyi verilişdə müğənnilərin sırf yaradıcılığı və performansı ekspertlər tərəfindən təhlil ediləcək. Həmçinin veriliş maarifləndirici xüsusiyyətləri ilə də bir çoxlarından seçiləcək.Müğənnilərin şəxsi həyatından hazırlanan verilişləri çox görmüşük. Ancaq Ülviyyənin bu verlişini başqalarından fərqləndirən ən əsas xüsusiyyəti onun müğənnilərin həyatı ilə yox , sırf onların yaradıcılıq qabiliyyətindən bəhs etməsidir. Bu veriliş hamıda həyəcan və xoş əhval-ruhiyyə yaradacaq.
Şou-biznesi əhatə edəcək veriliş həftə içi hər gün saat 13:00-dan 14:20-dək ANS –in efirində birbaşa yayımlanacaq.
Ülviyyə Alovlu açıqlamasında, verilişinin şok nüanslarla zəngin olacağını anons etdi:
"Verilişimizdə həm şou xəbərlər olacaq, həm də şou-biznesdə baş verənlərin müzakirəsi. Baş verən hadisələrlə bağlı jurnalist araşdırması aparılacaq. Səs-küylü hadisələrə tanınmış şou-yazarlar ekspert kimi rəy bildirəcəklər. Mövzuların müzakirəsinə təcrübəli sənətkarlar dəvət ediləcək. Bir sözlə, çox maraqlı olacaq, bizi izləyin".
Bir çox məşhur müğənnilərin iştirak etdiyi verilişin açılışı bu bazar saat 13:00-da baş tutacaq. Açılışda hansı məşhur müğənnilərin iştirak edəcəyini Ülviyyə Alovlu sirr olaraq saxladı. Bu həyəcanı yaşamaq üçün verilişi izləməyi unutmayın!