Son sutkada Azərbaycanda 11 nəfər koronavirusa yoluxub - FOTO

sehiyye
31-10-2022, 22:32 336
Son sutkada Azərbaycanda 11 nəfər koronavirusa yoluxub - FOTOAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 11 yeni yoluxma faktı qeydə alınıb, 4 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 823 258 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 812 986 nəfər müalicə olunaraq sağalıb, 9 944 nəfər vəfat edib, aktiv xəstə sayı 328 nəfərdir.

Ölkədə son sutka ərzində 1 020, hazırkı dövrədək isə 7 320 320 test aparılıb.

Son sutkada Azərbaycanda 11 nəfər koronavirusa yoluxub - FOTO