İsrailin Rehovot şəhərində Azərbaycana həsr olunmuş tədbir təşkil edilib - FOTO

gundem
9-09-2022, 02:34 65
İsrailin Rehovot şəhərində Azərbaycana həsr olunmuş tədbir təşkil edilib - FOTOİsrailin Rehovot şəhərindəki Yəmən Mədəni İrsi Mərkəzində Azərbaycana həsr olunmuş tədbir keçirilib.
“Yaale be-tamar” Cəmiyyəti və Amerika Sefardlar Federasiyasının İudaizmin Araşdırma İnstitutunun birgə təşkil etdiyi tədbirdə “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının İdarə Heyətinin üzvləri fəxri qonaq qismində iştirak ediblər.


Tədbirdə Dr. Reyçel Yadid, Yəmən Mədəni İrsi Mərkəzinin direktoru Hananiah Koreş, İsrailin BMT-dəki keçmiş səfiri, Knessetin üzvü Denni Danon, Rehovot şəhərinin meri Rahamim Malul, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin İsrail bölməsinin rəhbəri Cəmilə Talıbzadə, politoloq, doktor Dana Brant, ravvin Şmuel Simantov və Dr. Drora Arusi çıxış ediblər. Ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi baxımından tədbirin əhəmiyyətini vurğulayan natiqlər böyük məhəbbətlə və heyranlıqla unikal ölkə olan Azərbaycanda davamlı olaraq həyata keçirilən multikultural və tolerantlıq siyasətindən, inancından və millətindən asılı olmayaraq bütün insanlara, o cümlədən yəhudilərə bərabərlik, dostluq və mehribanlıq şəraitində yaşamaq və fəaliyyət göstərmək imkanları yaradılmasından, erməni işğalçılarına qarşı müharibə zamanı bütün millətlərin birlikdə Vətəni qoruduqlarından və zəngin turizm imkanlarından danışıblar.
Diasporla İş üzrə Dövlət Komitəsinin ADA Universiteti ilə birgə təşkil etdiyi “Cənubi Qafqazda post-münaqişə dövründə inkişaf” mövzusunda Bakıda keçirilən dəyirmi masa-dinləmələrdə iştirak etdiyini xatırladan Dana Brant ölkəmizlə bağlı öz xoş təəssüratlarını bölüşüb.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev video bağlantı vasitəsilə tədbir iştirakçılarını salamlayıb. Yəhudilərin Azərbaycanda məskunlaşmasının çoxəsrlik tarixi barədə ətraflı danışan komitə sədrinin müavini İsraildəki diasporumuzla birgə uğurla həyata keçirilən layihələrə diqqəti cəlb edib.
Ümumdünya Sefard Yəhudiləri Federasiyasının Nyu-York bölməsinin sədri Ceyson Quberman və amerikalı jurnalist, milli təhlükəsizlik üzrə analitik, hüquqşünas İrina Tsukerman öz videomüraciətlərində müsəlman ölkəsi olan Azərbaycanda bütün konfessiyaların nümayəndələrinin sərbəst yaşamaq və inkişaf etmək imkanlarına malik olduğunu, bir çox ölkələrin məhz Azərbaycan modelindən nümunə götürməsinin vacibliyini nəzərə çatdırıblar.

Tədbirin bədii hissəsində Osnat Braydman-Şarabinin rəhbərlik etdiyi Yəmən Milli Rəqslər Ansamblı və Azərbaycan icmasının gənc müğənnisi Leyla Vəliyeva çıxış ediblər. Leyla Vəliyevanın Azərbaycan bəstəkarlarının “Azərbaycan”, “Ana” və digər mahnılarını ifa etməsi tədbir iştirakçılarını riqqətə gətirib.

İsrailin Rehovot şəhərində Azərbaycana həsr olunmuş tədbir təşkil edilib - FOTO

İsrailin Rehovot şəhərində Azərbaycana həsr olunmuş tədbir təşkil edilib - FOTO

İsrailin Rehovot şəhərində Azərbaycana həsr olunmuş tədbir təşkil edilib - FOTO

İsrailin Rehovot şəhərində Azərbaycana həsr olunmuş tədbir təşkil edilib - FOTO