Laçında qızıl diş axtarışı: Ermənilərdən vandal zehniyyətin daha bir nümunəsi - VİDEO

hadise
8-09-2022, 02:57 200
Laçında qızıl diş axtarışı: Ermənilərdən vandal zehniyyətin daha bir nümunəsi - VİDEODünya şöhrətli fotoqraf Reza Deqati işğaldan azad edilmiş Laçında erməni vandalizminin əməllərini video lentə alıb.

Gördüklərindən dəhşətə gələn Deqati ermənilərin azərbaycanlılara məxsus qəbirlərdə qızıl diş axtarışına çıxdıqlarını və qəbirləri bu səbəbdən talan etdiklərini vurğulayıb.
“Ermənilər əksər qəbirləri qazıyaraq kəllə sümüklərini götürüblər. Çünki, azərbaycanlıların ənənələrinə görə, adətən qızıl dişləri olan insanlar elə həmin qızıl dişlərlə dəfn olunurlar. Ermənilər bütün Qarabağ ərazisində qızıl dişlər axtarıblar. Mən 18 aydır Qarabağda qəbirlərin fotolarını çəkirəm. Bir salamat qəbir belə qalmıyıb”, - deyə Reza Deqati qeyd edib.

Daha ətraflı AzTV-nin süjetində: