Sadıqcanın Şuşadakı evi bərpa ediləcək

gundem
8-09-2022, 02:49 32
Sadıqcanın Şuşadakı evi bərpa ediləcəkPrezident İlham Əliyev Şuşa şəhərində görkəmli tarzən, bəstəkar Sadıqcanın yaşadığı evin layihələndirilməsi və bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Bununla bağlı Prezident.az məlumat yayıb.
Sərəncama əsasən, Şuşa şəhərində yerləşən Azərbaycan musiqiçisi, tarzən, bəstəkar və tarı təkmilləşdirən sənətkar Mirzə Əsəd oğlu Sadıqın (Sadıqcanın) yaşadığı evin layihələndirilməsi və bərpası məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsə ilkin olaraq 600 min manat vəsait ayrılıb.