SÜBHƏ YAXIN

gundem
6-09-2022, 02:53 1314
SÜBHƏ YAXINDünyanın köhnə
Vərdişi,
Fələyin gərdişi.
Bir öpüşün yanğısı,
Həyatın dirilik,
İbadət yeri.
Əllərinin tumarını saçlarımda
Gözləyincə
İçimdən hey ovulmuşam,
Qovrulmuşam.
Hər gecə ruhum ətirə
Bürünüb qundaqlandı,
Xəyalınla qucaqlandı.
Nə ola, sübhə yaxın,
Məqam yetişə,
Alatoranlıqdan
Sevgi işığı düşə...
**************
Mayisə ƏSƏDULLAQZI

SÜBHƏ YAXIN